EN

Millimiz Ermənistanla qarşılaşacaq

20 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi Ermənistanla qarşılaşacaq.   Manset.az xəbər verir ki, yığmamız Avropa çempionatının B divizionunda 19-cu yer uğrunda yarışacaq. Oyun bu gün Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız 17-ci yer uğrunda görüşdə İsveçrəyə 40:111 hesabı ilə məğlub olub.

Qeyd edək ki, komandamız turnirdə keçirdiyi beş oyunun hamısında uduzub.

Chosen
71
3
manset.az

5Sources