EN

Dağlıq və dağətəyi rayonlarda leysan olacaq, dolu düşəcək

İyulun 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


Telegram kanalımız
Chosen
210
49
yenisabah.az

10Sources