EN

20 yaşında dünyasını dəyişdi...

Ekvador futbolunda faciəvi hadisə baş verib.

“Barselona”nın qapıçısı Castin Kornexo 20 yaşında dünyasını dəyişib...
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Castin evində duş qəbul edərkən yıxılıb və kəllə-beyin zədəsi alıb. Huşsuz vəziyyətdə tapılan gənc dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olub və həkimlərin səylərinə baxmayaraq, Castinin həyatını xilas etmək mümkün olmayıb. Müayinələr nəticəsində ölümə səbəb kimi aorta anevrizması göstərilib.

Qeyd edək ki, Kornexo “Barselona”nın ehtiyat qapıçısı idi. O, Ekvadorun gənclərdən ibarət yığmasında bir oyun keçirib.

Chosen
67
13
football-plus.az

10Sources