EN

Günün qoroskopu: Səfərlər və romantik görüşlər üçün əlverişli zamandır » AzadMedia.az



Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik 

Qoç - kiçik işlərdə uğur əldə edəcəksiniz. Əhəmiyyətli və mühüm işlərdə diqqətli olun, sayıq davranın. Genişmiqyaslı, vacib məsələlərlə bağlı qərar qəbul etmək üçün əlverişli zaman deyil.

Prinsipial məsələlərin müzakirəsini ertələyin.

Gəlirlər olacaq, amma onların məbləği böyük deyil.

Günün ikinci yarısında yeni tanışlarla münasibətlər gərgin olacaq. Formal təmaslarda olduğunuz insanlarla diqqətli davranın. Yaxınlarınızla ixtilaflar yaratmayın. Onların sizə iradları var.

Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarada bilər.

Buğa - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurludur. Yeni işgüzar maraqlar yaranır. Planlarınızı həyata keçirməkdə sizə yardım edə biləcək insanlarla qarşılaşacaqsınız. Tələskənliyə yol verməyin, aramla davranın. Düşünülməmiş qərarlar sonradan fəsadlarının aradan qaldırılmasına xeyli vaxt gərəkəcək səhvlərə səbəb ola bilər.

Şəxsi münasibətlərdə yaxşı gündür. Dəyər verdiyiniz insanlarla təmaslarda həssas davranın. Sizdən küsmüş yaxınınızla barışmıq, kəsilmiş əlaqələri bərpa etmək imkanları var.

Əkizlər - müsbət təmayüllərin təsiri güclənir. Praktiki olaraq bütün işlərdə uğur əldə edə bilərsiniz. Peşəkar fəaliyyətdə yeni üfüqlərlə qarşılaşacaqsınız. İş yerinin dəyişdirilməsi, yeni tərəfdaşlarla sərfəli əməkdaşlıq məsələlərini müzakirə etmək olar. Maliyyə fonu uğurludur.

Şəxsi münasibətlərdə problemlər yaratmayın. Çoxdankı planlarınızı və ideyalarınızı reallaşdırmaq imkanları yaranır. Təşəbbüskar olun. Hisslərinizi etiraf edin, sevdiyiniz insanla açıq danışın.
 

Xərçəng - balşadığınız işləri yarımçıq qoymayın, bitirin. Bəzi layihələri, sadəcə, əla yerinə yetirə bilərsiniz. Maraqlı yox, zəruri işlərlə məşğul olun. Özünüzü nəyəsə məcbur etməyin. Bir zamanlar məhsuldar əməkdaşlıq və ya tərəfdaşlıq etdiyiniz insanlar yenidən sizinlə əlaqə saxlayacaqlar. Səylərinizi birləşdirsəniz, əhəmiyyətli nəticələrə nail olacaqsınız.

Günün ikinci yarısında kiçik problemlər və anlaşılmazlıqlar əhvalınızı korlayacaq. Hansısa iş plan üzrə getməsə, təmkininizi pozmayın. Yaxınlarınız narazılığınızı sezəcəklər. Münasibətləri aydınlaşdırmağa çalışsanız, situasiyanı daha da ağırlaşdıracaqsınız.

Şir - günün ilk yarısında ehtiyatlı olun. Çətin, müşkül işlərə başlamayın. Mürəkkəb layihənin həyata keçirilməsi və ya önəmli maliyyə məsələlərinin çözülməsi cəhdləri yersizdir. Maliyyə itkilərinə məruz qalmamaq üçün sayıq davranın.

Günün ikinci yarısı yetərincə sakit olacaq. Pozitiv təmayüllərin təsiri artır. Yaxınlarızın sizi anlamasına və dəstək verməsinə ümid edə bilərsiniz. Dəvət aldığınız tədbirlərə qatılın.

Axşam saatlarında evdən kənarda istirahət etməyə səy göstərin.

Qız - çox iş planlaşdırıbsınızsa, vəziyyət çətin olacaq. Hətta ən asan, rutin işlər belə gözlənildiyindən çox vaxt alacaq. Görüşməli olduğunuz insanlar gecikirlər. Sizin də punktual olmağımız asan deyil.

Situasiya sizi əsəbiləşdirməsin. Sinirli davranmayın. Qarşınıza qoyduğunuz məqsədə gec də olsa, çatacaqsınız.

Günün ikinci yarısında qıcıq səviyyəsi artacaq. Özünüzün və yaxınlarınızın əhvalını korlamayın. Səbirsizliklə gözlədiyiniz görüş sizi təəssüfləndirəcək. Əslində ciddi heç nə baş verməyib. Romantik görüş planlaşdırmayın.

Tərəzi - bu gün məqsədə asanlıqla çataraq rahat uğurlara nail ola biləcəyinizi düşünməyin. Səylə çalışaraq zəhmət çəksəniz, niyyətinizi reallaşdıra biləcəksiniz. Karyera irəliləyişinzə yardım edərək gəlirlərinizi artıra biləcək insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Şəxsi münasibətlərdə rəvan zamandır. Yaxşı və əhəmiyyətli dəyişikliklər olacaq. İntuisiyanıza güvənin. Təhtəlşüurun səsi sizi aldatmayacaq.

İmiclə eksperimentlər, obrazı dəyişmək üçün pis gün deyil.

Əqrəb - günün ilk yarısındakı problemlər, çətinliklər sizi ruhdan salmasın. Vurnuxmaya, tələskənliyə yol verməyin. İşlərdə nizam, qayda yaradaraq situasiyanı nəzarət altına alın. Karyeranızın inkişafının asılı olduğu insanlarla ünsiyyətdə ehtiyatlı olun. Düşünülməmiş deyilən kəlmələr ciddi problemlər yarada bilər.

Maliyyə problemlərini günün ikinci yarısında həll edə biləcəksiniz.

Şəxsi münasibətlər müstəvisində harmoniya yaradın. Yaxınlarınıza yardım edin. Ailə üzvlərinin qayğısına qalın. Yeni tanışlıqlar istisna deyil. Onlardan birinin romantik davamı ola bilər.

Oxatan - aktual və həllini təcili tələb edən problemlərin həlli üçün günün ilk yarısı münasibdir. İşgüzar aktivliyiniz yüksək olmalıdır. Kimsə və ya nə isə sizə diqqətlə, əzmlə çalışmağa mane olmamalıdır. Zaman sizə qarşıdır və bu səbəbdən də vaxtınızdan normal istifadə edin.

Günün ikinci yarısında yaxşı xəbərlər alacaqsınız.

Son vaxtlar darıxdığınız insanla görüş istisna deyil. Yaxınlarınızla münasibətlərdəki bəlli ziddiyyətləri dəf edin, normal ünsiyyət yaradın.

Axşam saatlarnında aktiv istirahətə üstünlük verin.

Oğlaq - çətinliklər və problemlər istisna deyil. Onları dəf etmək çətin deyil. Üstəlik, yardım üçün müraciət edəcəyiniz insanlar sözlərini qulaqardına vurmayacaqlar. Şübhələnməyin, təlaşa qapılmayın. Aktiv fəaliyyətə başlayın. Alış-veriş, ciddi sərmayə ilə bağlı qərarlar qəbul etmək üçün əlverişli zamandır.

Münasibətlərinizi aktivləşdirmək istədiyiniz insanla danışıqlarda konstruktriv mövqe tutun. Xoş srüprizlər, yaxınlarınızdan qəfil hədiyyələr istisna deyil.

Sevdiyiniz insanı, ailə üzvlərini sevindirməyi unutmayın.

Dolça - bu gün nə qədər az risk etsəniz, bir o qədər yaxşıdır. Məqsədə doğru avantüralı yollar aramaqdansa, sınanmış vasitələrdən və metodlardan istifadə edin. İstənilən formada çətinlik yaransa dostlara və ya qohumlara müraciət etmək olar. Onlar sizə yardım etməyə hazırdırlar.

Səfərlər və romantik görüşlər üçün əlverişli zamandır. Şəratin dəyişdirilməsi əhvalınızı yaxşılaşdıracaq. Yeni ideyalar peyda olacaq. Planları sevdiyiniz insanla birlikdə həyata keçirə bilərsiniz.

Daşınmaz əmlak, köçə hazırlıqla bağlı məsələlərin müzakirəsi və həlli üçün münasib zamandır.

Axşam saatlarında aktiv istirahəti seçin.
 

Balıqlar - çox xoş, rahat gündür. İşlərinizdə uğurlara nail olacaqsınız. Dürüst qərarları sürətlə, vaxtında qəbul edin. Rəqibləriniz sizə paxıllıq edir, məkrli planlar qururlar. Onlar sizə zərbə vurmağa çalışsalar da, alınmayacaq. Maraqlı işgüzar təklif ala bilərsiniz.

Yaxınlarınıza istədiyiniz qədər vaxt sərf edə bilməyəcəksiniz. Buna rəğmən sizdən inciməyəcəklər. Ailə üzvlərinin qayğıya, diqqətə və dəstəyə ehtiyacı var.
Chosen
202
50
azadmedia.az

10Sources