Qitənin əsas klub turnirinin II təsnifat mərhələsinin ilk matçında "Fənərbağça" səfərdə İsveçrənin "Luqano" klubu ilə qarşılaşıb.
Görüş Türkiyə təmsilçisinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Edin Djekonun het-triklə yadda qaldığı matçda "sarı-lacivərdlilər"in digər qolunu Fərdi Kadıoğlu vurub.
Qeyd edək ki, "Fənərbağça" və "Luqano" arasında cavab oyunu bir həftə sonra "Şükrü Saracoğlu" stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək.