EN

Ərik qurusunun bu faydalarını bilirdiniz?

Ərik qurusunun bir çox faydası var.

Hit.az bildirir ki, xüsusilə səhər ərik qurusu yeməyin orqanizm üçün faydaları daha çoxdur.

Nəzərə almaq lazımdır ki, ərik orqanizmimiz üçün lazım olan vitamin və minerallarla zəngindir. Ümumiyyətlə, ərik tərkibindəki A, C, K və B6 vitaminlərinə görə şəfa mənbəyi hesab olunur. Bu meyvənin özü qədər qurusu da yararlıdır. Xüsusilə mütəmadi şəkildə quru ərik qəbul edənlər onun faydalarını daha çox hiss edirlər.

Quru ərik qan azlığı problemi yaşayanlara kömək edə bilir. Hər səhər günə 4 ədəd ərik qurusu yemək bu problemə qarşı mübarizədə olduqca effektiv rol oynayacaq.

Həmçinin, quru ərik yemək göz sağlamlığının qorunmasına və həzm problemlərinin aradan qaldırılmasına kömək edir. Eyni zamanda, qəbul etdiyiniz quru ərik sayəsində bağırsaqlarınız da yaxşı işləyəcək. Çünki bu, qəbizlik problemlərinizi də həll edəcək. 

Onu da qeyd edək ki, ərik qurusu yemək gün ərzində sizi tox saxlayacaq. Bu isə artıq yemək yeməyinizə əngəl olacağı üçün çəkinizə nəzarət etməyinizə də imkan yaradacaq. Ərik qurusu qan təzyiqini aşağı salmağa da kömək edir. 

Pərviz

Chosen
71
1
hit.az

9Sources