EN

UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Fehervar" matçı başa çatıb.



NUHÇIXAN-ın məlumatına görə, qarşılaşma Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sumqayıt"ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. "Fehervar"dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.
Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Chosen
191
13
nuhcixan.az

10Sources