EN

Paris-2024: Badmintonçularımızın rəqibləri kimlər olacaq?

Azərbaycan badmintonçularının Paris-2024 Yay Olimpiya Oyunlarındakı ilk oyunlarının vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, sabah yarışda qrup mərhələsi start götürəcək. N qrupunda yer alan Keişa Fatimə Zəhra əvvvəlcə sabah çinli Binq Jiao He ilə qarşılaşacaq. Cütlük Bakı vaxtı ilə saat 10:30-da üz-üzə gələcək. Təmsilçimiz iyulun 29-da böyük britaniyalı Kirsti Gilmourla qarşılaşacaq. Bu görüş də eyni saatda təşkil olunacaq. Edi Reski Dviçayo isə ilk görüşünə iyulun 29-da çıxacaq. E qrupunda qərarlaşan idmançımız saat 22:22-də avstriyalı Kollins-Valentin Filimonu üstələməyə çalışacaq. Edinin danimarkalı Anders Antonsenlə ikinci matçının tarixi bəlli deyil. Qeyd edək ki, Keişa qrupda 1-ci yeri tutsa 1/8 finala, Edi isə 1/4 finala adlayacaq.

Chosen
65
43
matc.az

10Sources