EN

Şagirdinə “uduzan müəllim” saçını boyayıb...

...Yakutiyadan olan müəllim məzunları Vahid Dövlət İmtahanına hazırlayarkən tələbələrinə əlavə motivasiya vermək qərarına gəlib və mərc təklif edib: məktəblilərdən biri 100 bal toplasa, saçını boyayacaq. Nəticədə, onun tələbələrindən biri həqiqətən də mümkün olan ən yüksək nəticə ilə imtahandan keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bundan sonra müəllim vədini yerinə yetirmək qərarına gəlib.

Amma bərbərə getməzdən əvvəl o, sosial şəbəkədə saçını hansı rəngə boyaması ilə bağlı sorğu keçirib. Seçimlərə qırmızı, yaşıl və mavi rəhglər daxil edilib.

Səsvermə nəticəsində məhz mavi rəng qalib gəlib..

Telegram kanalı xəbər verir ki, müəllim sosial şəbəkədə çoxlu bəyənmə toplayan yeni saç düzümü nümayiş etdirib.

Nazlı Almuradova

Chosen
157
sia.az

1Sources