EN

"Meizu" elektrikli avtomobil istehsal edəcək

Smartfon istehsalçısı Meizu nəhayət ki, elektrik avtomobil sənayesinə daxil olur.

News24.az xəbər verir ki, bazarda smartfonları ilə tanınan Meizu, elektrikli avtomobil sənayesinə sürətli bir giriş edib. Bu gün ilk elektrik modeli haqqında açıqlama verən marka CEO-su avtomobilin 2024-cü ilin sonundan əvvəl təqdim ediləcəyini bildirib.

Xiaomi və Huawei kimi bir çox marka telefon biznesinə əlavə olaraq avtomobil istehsal edərkən, Geely kimi bəzi avtomobil markaları da telefon biznesinə girib. Son illərdə Meizu-nu əldə edən Geely, Meizu imzalı ilk elektrik avtomobili üzərində işləri tamamlayır.

Qeyd edək ki, hazırda dizayn baxımından SUV və sedan arasında formada gəldiyi bilinən Meizu elektrik avtomobili tənzimlənən arxa oturacaqlar və sarı təhlükəsizlik kəmərləri ilə gələ bilər. Ancaq bunlar sadəcə yayılan məlumatlardır.

Günel Məlikzadə


Chosen
157
news24.az

1Sources