EN

Yol polisi sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) həftəsonu səfərə çıxan sürücülərə və hərəkət iştirakçılarına xəbərdarlıq edib Bu barədə BDYP məlumat yayıb.

Bildirilib ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

“BDYP həftəsonu avtomobil yollarında nəqliyyat axınının artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri qeyri-sabit hava şəraitində daha diqqətli olmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Qeyd olunan hava şəraitinin xüsusilə ikitəkərli, o cümlədən moped, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində çətinliklər yaratdığını nəzərə alaraq, belə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunması tövsiyə edilir”, – deyə məlumatda vurğulanıb.

 

XQ

 

Chosen
89
49
xalqqazeti.az

10Sources