Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimindən qəzəblənib.
Azpost.info xəbər verir ki, X sosial şəbəkəsində o, Leonardo da Vinçinin “Son şam yeməyi” əsərinin transgenderlərin (LGBT) iştirakı ilə parodiyasını xristianlara qarşı açıq hörmətsizlik kimi qiymətləndirib.
“Bu, xristianlara qarşı açıq hörmətsizlik idi”, – Mask yazıb.
Daha əvvəl Yunanıstanın pronews.gr resursu Olimpiya Oyunlarının açılışını sivilizasiyanın simvolik çöküşü kimi qiymətləndirib.
Azpost.info