EN

Əlcəzairlilər Olimpiadanın açılış mərasimində Fransanın soyqırımına belə etiraz etdilər

Ötən gün Paris Yay Olimpiya Oyunlarının açılış mərasimi olub. Tədbir Sena çayında baş verib.

Publika.az xəbər verir ki, idmaçıların parad zamanı Əlcəzair nümayəndə heyəti Parisdəki qırğınlar zamanı öldürülən əlcəzairlilərin xatirəsinə çaya güllər atıb.

Güllərin çaya atılmasının xüsusi səbəbi var. Fransızlar hadisəni ört-basdır etmək üçün qurbanların sənədlərini və meyitlərini məhz Sena çayına atıblar.

Qeyd edək ki, 1961-ci il oktyabrın 17-də Parisdə polis Əlcəzairdəki müharibəyə qarşı çıxan əlcəzairlilərin etirazlarını vəhşicəsinə yatırtıb. Qurbanların sayı 200 nəfər olduğu deyilir.

Chosen
107
50
publika.az

10Sources