EN

Ermənistanda bir ailəni öldürüb Gürcüstana qaçdı

Maşınla gənc ailəni və 7 yaşlı uşağı qətlə yetirən erməni Gürcüstana qaçıb. 

KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Axtarış zamanı onun avtomobilindən narkotik aşkar edilib.

İyulun 26-na keçən gecə 41 yaşlı Armen Tonoyan Gümrü-Vanadzor avtomobil yolunun Cacur kəndi yaxınlığından keçən hissəsində qarşıdan gələn zolağa çıxıb və digər avtomobilə çırpılıb. Napoleon Mkrtçyan, arvadı Nazeni Şmoyan və onların oğlu 7 yaşlı David Mkrtçyan hadisə yerində ölüblər.

Bu gün Şirak rayon polis şöbəsinə Tonoyanın ölkədən qaçaraq Gürcüstan sərhədini keçməsi barədə məlumat daxil olub.//Unikal

Chosen
84
1
konkret.az

2Sources