EN

Bu axmaq şounun bir hissəsi olmaq istəmirəm: Rusiyadan sığınacaq istədi

İtaliyalı jurnalist və maliyyə analitiki Ancelo Culiano Parisdə 33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra Rusiyadan sığınacaq istəyib.

QAZÌLER.AZ  Publika.az-a istinaden  xəbər verir ki, o, müvafiq postu “X” sosial şəbəkəsində paylaşıb.

Culiano Olimpiadanın açılış mərasiminə mənfi reaksiya verib.

“Rusiyadan mənə sığınacaq verməsini xahiş edirəm, bu axmaq şouda iştirak etmək istəmirəm”, - jurnalist yazıb.

Lakin o, belə reaksiyanın onda konkret nədən yarandığını açıqlamayıb. 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi müxtəlif ölkələrdə tənqid edilib. Belə ki, mərasimi Qərbdə sivilizasiyanın və xristian mədəniyyətinin süqutu adlandırıblar

Chosen
64
1
qaziler.az

2Sources