EN

Azərbaycan “France 2” telekanalından şikayət edəcək

style='margin-bottom:10px;'>

Azərbaycan Fransanın “France 2” telekanalından Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.

QOL.az xəbər verir ki, buna səbəb Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına xoşagəlməz və əsassız fikirlərin səsləndirilməsidir.

Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə  məsələ ilə əlaqədar bildirib: 

“Şikayət hazırlanır, Hazırda onun mətni tərtib edilir, bu gün şikayəti BOK-a göndərməyə çalışacağıq”.

O əlavə edib ki, Milli Olimpiya Komitəsi şikayətin mətnini öz kanalları vasitəsilə yayacaq.

Chosen
37
40
teleqraf.com

10Sources