Türkiyənin Milli Müdafiə Nazirliyi bazar günü İraq və Suriyanın şimal rayonlarında 16 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, zərbələr silahlıların İraqın şimalındakı Asos, Hakurk və Qara bölgələrinə, həmçinin Suriyada “Fərat Qalxanı” antiterror əməliyyatı zonasına endirilib.
“İraqda 11, Suriyanın şimalında 5 PKK terrorçusu məhv edilib. Türkiyə Silahlı Qüvvələrinin bölgədəki əməliyyatları sonuncu terrorçu məhv edilənə qədər davam edəcək”, - deyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilir.