EN

“Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı ikiaylıq layihə başa çatdı - FOTOLAR » AzadMedia.az



Yoxsulluğun aradan qaldırılmasında gender məsələsi nəzərə alınmalıdır. Qadınlar daha çox səhiyyə və təhsil sahəsinə sıxışdırılıb. Onlar regionlarda yüksək vəzifələr də tuta bilmir. Qadınların sahibkarlıq fəaliyyətini artırmaq, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, müasir dövrün və əmək bazarının tələblərindən irəli gələn istiqamətlər üzrə maarifləndirici layihələrin həyata keçirilməsi bizim QHT- nin iqtisadi sahədə qadınların gücləndirilməsi məqsədi daşıyır. Bu sahədə atılan addımlardan sadəcə bir hissəsidir.

Sahibkar yenilik və yaradıcılıq anlayışlarını özündə birləşdirən şəxsdir. Sahibkarlıq maliyyə, fiziki və sosial riskləri olan kifayət qədər səy və vaxt sərf edərək yeni dəyər yaratmaqdır. Bu fəaliyyət növündə qadınların aktivliyi artan dinamika ilə inkişaf edir. Qadınların iqtisadiyyatda rolunun artırılması həm də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir.

Qadınlar xırda məvaciblə ailələrini dolandırmalı olur. Qadınların müvafiq təhsil almalarına, peşələrə yiyələnmələrinə baxmayaraq iş yerləri tapa bilmir. Ölkənin ümumtəhsil müəssisələrində müəllimlərin 81,0, orta ixtisas təhsil müəssisələrində 77,9, ali təhsil müəssisələrində 54,8 faizini, həkimlərin isə üçdə ikisini qadınlar təşkil edir.

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihənin ikinci mərhələsinin Şamaxı qadınları üçün təlimləri 12 iyul tarixində baş tutdu.

Layihənin məqsədi kənd və kənd yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirak etmələri, sahibkarlıq və bacarıqların inkişaf etdirilməsi üçün iqtisadi imkanların genişləndirilməsidir. Eyni zamanda layihənin məqsədi kənd və kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviq edilməsinə şərait yaradır.

Təlimlərin yüksək səviyyədə keçirilməsində və qadın sahibkarları maraqlandıran sullara cavab verdikləri üçün KOBİA - nın Dağlıq Şirvan Regional Mərkəzinin rəhbəri Cavanşir Məhərrəmova, KOBİA - nın Ağsu rayonu üzrə nümayəndəsi Abas Abasova, İqtisadiyyat Nairliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nazim Şirvanova, Qubad Qubadova,Qalib Kərimliyə, 10 saylı Ərazi Vergilərlər İdarəsinin nümayəndəsi M. Cəlladova təşkilatımız və iştirakçılar adında öz minnətdarləğımızı bildiririk. Ümid edirik ki, işgüzar fəaliyyət uğurla davam edəcək, sahibkar qadınlarımız bu əməkdaşlıqdan gələcəkdə də faydalanacaqlar.

Kənd yerlərində yaşayan qadınların əsas problemi yoxsulluq və işsizlikdir. Bir də kənd yerlərində şəhərlərə nisbətən məişət zorakılığı daha çoxdur. Qadınlar iqtisadi problemlərdən əziyyət çəkir. Onlar xırda məvaciblə ailələrini dolandırmalı olur. Doğrudur rayonlarda başqa iş yerlərinin sayı da azdır. Az sayda qadın isə xırda sahibkarlıqla məşğul olur. Onlara isə dövlət dəstəyi yoxdur. Çox çətindir. Bu qadınların mikrokreditlərə əl çatımlılığı da çox aşağıdır. Kəndlərdə qadınların kiçik sahibkarlıqla məşğul olması üçün çox yaxşı imkanlar var, ancaq maliyyə yoxdur. Qadınların yoxsulluğun aradan qaldırılması proqramlarına cəlb olunması da kompaniya xarakteri daşıyır, mikrokreditlərə əl çatımlılığı varsa, onlar yüksək səviyyədə qərarların qəbul edilməsində rol oynaya bilər.

Bizim layihənin əsas məqsədi informasiyadan kənar qalmış qadınlarımızı sahibkarlıq sahəsində daha böyük imkanlardan istifadə etmələrinə istiqamətləndirməkdir.

Layihə Şirvan regionunun 4 rayonunda Şamaxı, İsmayılı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınlarin iştirakı ilə həyata keçirilir.



Südabə Şirəliyeva

“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB

cwmw_az_az@yahoo.com
Chosen
179
40
azadmedia.az

10Sources