Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Prosport.Az xəbər verir ki, sablya növündə yarışan təmsilçimiz 1/8 finalda Olqa Xarlanla qarşılaşıb.
Görüşdə idmançımız 6:15 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.