Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
“Football-plus.az” xəbər verir ki, müdafiəçi İlkin Qırtımov "Kəpəz"in şərəfini qoruyacaq. Onunla 1 illik müqavilə imzalanıb. Qırtımovun son klubu "Qəbələ" olub.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəlElmir Tağıyev,Nicat Süleymanov, Paulo Rojerio, Kərim Lkoça, Məmməd Hüseynov, Lassana Ndiayeni transfer edib.