EN

"Qarabağ"dan böyük qələbə...

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.
BUTA.TV xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib. Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq. Komandalar aşağıdakı heyətlə çıxacaqlar: Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto. ***
Bakı vaxtı ilə saat 20:00-da "Qarabağ" - "Linkoln" matçı start götürüb.***17-ci dəqiqədə "Qarabağ"ın oyunçusu Juninyo hesabı açıb: 1 - 0***30-cu dəqiqədə Juninyo daha bir topu rəqibin qapısından keçirib: 2 - 0***44-cü dəqiqədə Juninyo 3-cü qola imza atıb: 3 - 0***66-cı dəqiqədə Benzia 4-cü qola imza atıb: 4 - 0***72-ci dəqiqədə Andredə növbəti dəfə rəqibi məyus edib: 5 - 0***Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.

Chosen
40
4
buta.tv

10Sources