Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.
Bizim.Media xəbər verir ki, idmançı yarışı 43-cü pillədə başa vurub.
O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib. Dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media