EN

Azərbaycan badmintonçusu Paris-2024-də çıxışını başa vurdu

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.Metbuat.az-ın məlumatına görə, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb. Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:2 (12:21, 14:21).

Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-də çıxışını başa vurub.

Chosen
88
8
metbuat.az

10Sources