EN

Qurban Qurbanov əsrin ən çox oyun keçirən məşqçiləri sırasında

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov XXI əsrdə avrokuboklarda ən çox iştirak edən mütəxəssislərin siyahısında yer alıb.

Arena.az xəbər verir ki, 2000-ci ildən bu yana (XXI əsrdə) avrokuboklarda (UEFA Çempionlar Liqası, Avropa Liqası və Avropa Konfrans Liqası) baş məşqçi kimi ən çox iştirak edən mütəxəssislərin siyahısı açıqlanbı.

Siyahıda azərbaycanlı mütəxəssis Qurban Qurbanovun da adı var. O, “Neftçi” və “Qarabağ” komandalarının baş məşqçisi kimi 165 oyunda yer alıb və 67 görüşdə qəlbəyə sevinib.

XXI əsrdən bu yana qitə miqyaslı turnirlərdə ən çox portuqaliyalı baş məşqçi Jose Mourinyo təmsil olunub. O, Avropa turnirlərində 231 matçda 131 qalibiyyət əldə edib.

61 yaşlı mütəxəssisi Mirça Luçesku təqib edir. Rumıniyalı baş məşqçi Avropada 226 oyunun 94-də komandasına qələbə qazandırıb.

İlk “üçlüy”ü isə Karlo Ançelotti qapayır. İtaliyalı mütəxəssis 220 qarşılaşmanın 123-də qalib gəlib.

Xatırladaq ki, Qurban Qurbanov 2006-2007-ci illərdə “Neftçi”yə rəhbərlik edib. 52 yaşlı mütəxəssis 2008-ci ilin iyul ayından “Qarabağ”a rəhbərlik edir. Bir müddət Azərbaycan millisində də baş məşqçi kimi çalışmış təcrübəli mütəxəssis Ağdam təmsilçisini 628 oyuna çıxarıb. “Qarabağ” bu oyunlarda 370 qələbə qazanıb, 143 heç-heçə edib, 115 məğlubiyyətə üzülüb.

“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 10 dəfə Azərbaycan çempionu olub, 6 dəfə Azərbaycan Kubokunu qazanıb. Adını Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazdırmış mütəxəssis Ağdam klubu ilə avrokuboklarda da müxtəlif ilklərə imza atıb.

Chosen
68
13
arena.az

10Sources