EN

“Sumqayıt” Konfrans Liqası ilə erkən vidalaşdı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Fehervar" (Macarıstan) - "Sumqayıt" görüşü başa çatıb.

Publika.az xəbər verir ki, qarşılaşma 0:0 hesabı ilə bitib. İki oyunun nəticəsinə görə "Sumqayıt" klubu bu yarışda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Sumqayıtda baş tutan oyun Macarıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Chosen
47
10
publika.az

10Sources