EN

Paris-2024: Azərbaycanın millisi ABŞ yığmasına qalib gəlib

Paris-2024:

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Reyting.az
xəbər verir ki, yığma II turda ABŞ ilə qarşılaşıb.

Görüş komandamızın 20:17 hesablı qələbəsi ilə yekunlaşıb(Report).

Qeyd edək ki, seçməmiz III və IV turda müvafiq olaraq Fransa və Almaniya milliləri ilə qarşılaşacaq. Hər iki oyun sabah gerçəkləşəcək.
Chosen
86
27
reyting.az

10Sources