Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.
Təmsilçimiz finala gedən yolda Muzaffarbek Turoboyevlə (Özbəkistan) qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.