1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Niderlandın Erasmus Universiteti Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, yüksək qan təzyiqi (xüsusilə diastolik, "aşağı") qadınlarda miqren inkişaf riskini artırır.
Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
Araşdırmada orta yaşı 67 olan 7266 kişi və qadın iştirak edib. Qeyd edilir ki, subyektlərin 15%-i keçmişdə və ya iştirak zamanı miqrendən əziyyət çəkib. Bütün iştirakçılar tibbi müayinədən keçirilib və laboratoriya analizləri üçün qan nümunələri təqdim edilib. Onların həyat tərzləri, pis vərdişləri də qeydə alınıb. Bundan əlavə, könüllülər miqren ağrılarının tezliyi və onların gündəlik fəaliyyətlərinə təsir edən şiddətli baş ağrılarının olub-olmadığını barədə məlumat veriblər.
Fiziki fəaliyyət səviyyəsi, təhsil, çəki, cins, yaş və digər amillərə uyğunlaşdıqdan sonra tədqiqatçılar diastolik qan təzyiqi yüksəlmiş qadın subyektlərin miqren olma ehtimalının 16% daha çox olduğunu aşkar ediblər.
Alimlər, həmçinin müəyyən ediblər ki, piylənmə və yüksək qan xolesterolu bu xəstəliyin inkişaf riskinə heç bir təsir göstərmir. Bunun əksinə olaraq, siqaret çəkmə miqren ehtimalının azalması ilə əlaqələndirilib. Kişi iştirakçılarda tədqiqatçılar ürək-damar risk faktorları ilə miqren arasında heç bir əlaqə tapılmayıb.