EN

Paris-2024: Novak Cokoviçdən tarixi nəticə

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yeni rekorda imza atıb.

Sportnet.az-ın məlumatına görə, təcrübəli raketka ustası buna 1/4 final mərhələsində yunanıstanlı Stefanos Tsitsipasi məğlub etməklə nail olub.

Qarşılaşma Cokoviçin 2:0 (6:3, 7:6) hesablı qələbəsi ilə bitib.

O, olimpiadalar tarixində fərdi yarışda yarımfinala yüksələn ən yaşlı tennisçi olub. İdmançı bunu 37 yaş 73-cü günündə bacarıb.

Cokoviç bu gün finala gedən yolda italiyalı Lorentso Muzetti ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Chosen
22
3
sportnet.az

5Sources