EN

Paris-2024: Cüdoçumuz 1/4 finalda!

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində finlandiyalı Martti Pumalainen ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/4 finala vəsiqə qazanıb. O, növbəti raundda Cənubi Koreya təmsilçisi Minjonq Kim ilə ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.

Chosen
24
15
cbcsport.az

10Sources