EN

Papunaşvili "Kəpəz"dən "Zirə"yə getdi

"Zirə" Georgi Papunaşvilini heyətinə qatıb. Sport24.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanılıb.
 
28 yaşlı futbolçu karyerası ərzində Gürcüstanın "Dinamo"(Tbilisi), "Telavi", "Samtredia", "Torpedo" (Kutaisi), Almaniyanın "Verder", İspaniyanın "Saraqosa", "Rasinq", Kiprin "Apollon", Serbiyanın "Radniçki" klublarında çıxış edib.
 
Qeyd edək ki, Papunaşvilinin son klubu "Kəpəz" olub. 
 

Chosen
46
23
sport24.az

10Sources