EN

Azərbaycan basketbolçuları son oyunda uduzdular

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qrupdakı sonuncu matçına çıxıb.



Komanda.az xəbər verir ki, yığma 7-ci turda Kanada yığması ilə üz-üzə gəlib.



Görüş komandamızın 19:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.



Seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbasketbol

Chosen
54
30
komanda.az

10Sources