EN

“Liverpul” “Mançester Yunaytedi”i darmadağın etdi

ABŞ-nin Cənubi Karolina ştatının Kolumbiya şəhərində İngiltərənin “Liverpul” və “Mançester Yunayted” futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Publika.az xəbər verir ki, əzəli rəqiblər arasında baş tutmuş matç “Vilyams-Brays Stedium”da baş tutub.

Amerikalı hakimlər briqadasının idarə etdiyi oyunda hesab erkən açılıb: artıq 10-cu dəqiqədə portuqaliyalı Dioqu Jotanın ötürməsindən sonra “qırmızılar”ın gənc hücumçusu Fabiu Karvalyo fənd edərək qarşısındakı Kazemironu aldadır və dəqiq zərbə ilə qapıçı Onananı məyus edib. Mersisayd təmsilçisinin növbəti qolu 36-cı dəqiqəyə təsadüf edib: misirli Məhəmməd Salahın ötürməsini yarımmüdafiəçi Körtis Cons qapayıb.

Oyunun birinci yarısı əsasən qarşılıqlı hücumlar şəraitində, hətta zərbə sayına görə “Mançester Yunayted”in cüzi üstünlüyü ilə keçsə də, Mersisayd təmsilçisi rəqibi ilə müqayisədə daha təhlükəli çıxış edib.

Matçın ikinci yarısı da əsasən eyni ssenaridə davam edib. 61-ci dəqiqədə Arne Slotun komandasının kəsərli hücumlarından daha biri qolla sonlanıb – 0:3. Növbəti dəqiqələrdə Erik ten Haqın yetirmələri qollardan azından birinin əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyiblər.

Chosen
37
3
publika.az

4Sources