EN

Anna Skidan Paris-2024-də final şanslarını saxlayıb

Azərbaycanı Paris-2024-də çəkicatma yarışında təmsil edən Anna Skidan mübarizəyə start verib.

A qrupunda yarışan idmançımız ilk cəhdində 69.58 metr nəticə göstərib. O, ikinci cəhdində isə çəkici 69,04 metr məsafəyə atıb. İdmançımız üçüncü cəhdində 72.55 metr nəticə ilə yadda qalıb. Atletimiz bu nəticələrə görə finala çıxmaq şanslarını saxlayıb.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Chosen
26
11
cbcsport.az

9Sources