EN

Nərimanov rayonunda 51 yaşlı kişi qətlə yetirilib

Avqustun 4-də saat 01:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində evlərin birində 1973-cü təvəllüdlü Ülvi Qeys oğlu Qasımov kəsici alətlə qətlə yetirilib.

BiG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Hikmət Oktay oğlu Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Chosen
171
6
big.az

10Sources