EN

Dörd qolun vurulduğu matçda qalib müəyyənləşmədi

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün I turunda daha bir görüş keçirilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Şamaxı" klubu Masazırda "Sabah"ın qonağı olub.

Görüşdə dörd qol vurulmasına baxmayaraq qalib müəyyənləşməyib - 2:2.

Meydan sahiblərinin heyətində Namik Ələskərov (16) və Xəyal Əliyev (32) fərqlənib. "Şamaxı" komandasından isə Rüfət Abbasov (44) və Belajdi Pusi (52) rəqib qapısına yol tapıb.

Qeyd edək ki, ilk tura bu gün Zirə İdman Kompleksinin stadionunda baş tutacaq "Zirə" - "Səbail" matçı ilə yekun vurulacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
36
15
milli.az

10Sources