EN

Misli Premyer Liqası: "Zirə" böyük fərqlə qələbə qazanıb

Misli Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ilk tura yekun vurulub. Turun son qarşılşaması Zirə İdman Kompleksində baş tutub.

"Zirə" doğma meydanda "Səbail"i sınağa çəkib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində David Volkov het-trikə (12, 27, 45) imza atıb. Komandanın sonuncu qolunu isə 90+4-cü dəqiqədə İssa Cibrila rəqib qapısından keçirib.

"Səbail"in yeganə qolunu 49-cu dəqiqədə Ayman Bouali vurub.

Qeyd edək ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan "Neftçi" - "Turan Tovuz" matçında qol vurulmayıb. "Sumqayıt" isə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Bu gün baş tutan "Sabah" - "Şamaxı" görüşündə qalib müəyyənləşməyib - 2:2.

Chosen
17
8
cbcsport.az

10Sources