EN

Azərbaycan güləşçisi Paris-2024-ə qələbə ilə başladı

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə qarşılaşıb.

Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə qalib gəlib.

İdmançımız 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla görüşəcək.

Chosen
63
32
sportinfo.az

10Sources