EN

İcra hakimiyyətində müşavirə – Bu rayonun icra başçısına ciddi xəbərdarlıq edildi, vaxt verildi

Son vaxtlarda paytaxtda sanitar-təmizlik məsələlərinin vəziyyəti ilə bağlı ən problemli ərazilərdən biri Binəqədi rayonudur.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən xəbərə görə, rayonda sanitar-təmizlik məsələləri istiqamətində problemlərin aradan qaldırılması və Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinə rayonun qoşulması ilə bağlı Binəqədi RİH-də Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbərliyi, rayonun kommunal və təsərrüfat xidmətlərinin, bələdiyyələrin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə qeyd edilib ki, hazırda Binəqədi rayonunda RİH başçısı tərəfindən həyata keçirilən abadlıq və təmizliklə bağlı müsbət işlər, pozitiv dəyişikliklər müşahidə edilsə də, ümumilikdə sanitar-təmizlik məsələləri hələ də aşağı səviyyədə qalmaqdadır. Bununla əlaqədar rayon rəhbərliyi və kommunal xidmətlərin işi ciddi tənqid olunub. Rayonda müşahidə olunan problemləri nəzərə alaraq bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin Binəqədi rayonu ərazisində keçirilməsi qərara alınıb.

Müşavirədə rayonun qəsəbə və İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinin hesabatları dinlənilib, onlara ciddi xəbərdarlıq edilib və cavabdeh ərazidə problemlərin aradan qaldırılması ilə bağlı konkret vaxt verilib.

Chosen
134
26
banker.az

10Sources