İsrailin xarici işlər naziri İsrail Katz Həmas siyasi bürosunun yeni lideri Yəhya əs-Sinvarın mümkün qədər tez məhv edilməsinə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Əzəli terrorçu Yəhya Sinvarın İsmayıl Haniyəni əvəz edərək HƏMAS-ın yeni lideri təyin edilməsi onu sürətlə aradan götürmək və bu rəzil təşkilatı yer üzündən silmək üçün daha bir tutarlı səbəbdir”, - Katz deyib.
Xatırladaq ki, Yəhya əs-Sinvar İsmayıl Haniyənin öldürülməsindən sonra Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri seçilib. Əl-Sinvar bundan əvvəl Qəzza zolağında hərəkatın lideri olub.