EN

İran-İsrail müharibəsi başlayarsa, Azərbaycan kimin yanında olmalıdır? - Bakıda sorğu

Bakı sakinləri, İran və İsrail arasında müharibə olacağı təqdirdə Azərbaycanın kimi dəstəkləməli olduğu barədə müxbirlərimizin sualına cavab veriblər.

İyulun 30-da Həmas lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran və İsrail arasında gərginlik artıb.

Həmas lideri İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda idi.

Bakı sakinlərindən bəziləri İranda yaşayan etnik azərbaycanlıları nəzərə alaraq Azərbaycanın İranı dəstəkləməli olduğu qənaətindədirlər.

Digərləri isə düşünür ki, İsraillə hərbi sahədə olan əməkdaşlığa görə Bakı Təl-Əvivin yanında olmalıdır.

Videonu YouTube kanalımızdan izləyin.

Chosen
161
bbc.com

1Sources