EN

KİV: “Hizbullah” Rusiyanın gəmi əleyhinə raket arsenalına malikdir

Livanın “Hizbullah” qruplaşması Aralıq dənizində Amerika hərbi gəmilərinə qarşı istifadə edilə bilən Rusiyanın uzaqmənzilli gəmi əleyhinə raket arsenalına malikdir.

“Report” xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən yazıb.

Keçən həftə Hizbullah lideri Həsən Nəsrullah Amerika gəmilərinin onu qorxutmadığını və münaqişənin şiddətlənəcəyi təqdirdə qrupun onları məhv etmək üçün aydın planı olduğunu söyləyib.

“Hizbullah”ın imkanları ilə tanış olan Livandakı iki “Reuters” mənbəsi bildirib ki, Nəsrullah qrupun əhəmiyyətli dərəcədə artırılmış imkanlarına, o cümlədən Rusiya istehsalı olan 300 km mənzilli “Yaxont” (P-800 “Oniks”) raketinə işarə edir.

KİV və analitiklər “Hizbullah”ın bu raketləri Suriyadan aldığını bildiriblər. Təşkilatın özü heç vaxt belə silahların olduğunu təsdiqləməyib. “Hizbullah”ın mətbuat xidməti “Reuters”in şərh sorğusuna cavab verməyib.

Vaşinqton bəyan edib ki, Aralıq dənizində iki aviadaşıyıcı və köməkçi gəmidən ibarət Amerika kontingenti münaqişənin yayılmasının qarşısını almaq məqsədi daşıyır. Agentlik nəql edib ki, bununla belə, “Hizbullah” ABŞ-nin hərəkətlərini birbaşa təhlükə kimi qəbul edir.

Chosen
699
4
musavat.com

10Sources