EN

Kənd təsərrüfatında Rusiyanın ikinci ən iri müştərisi Türkiyədir

Yazını böyüt
Yazını kiçilt

Rusiya Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamaya görə, ən çox ərzaq ixracı Çin, Türkiyə və Qazaxıstana edilir. Nazirlik son on ildə tətbiq edilən sanksiyaların kənd təsərrüfatı və sənaye kompleksinə təsirini qiymətləndirərək, 2023-cü ilin sonuna bu sahədə, eləcə də aqrar təsərrüfat əsaslı sənaye məhsullarının ixracının həcminin 43,5 milyard dollara çatdığını bildirib.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Çin 7,6 milyard dollarla ən böyük idxalçı, Türkiyə 5 milyard dollarla ikinci və Qazaxıstan 3,3 milyard dollarla üçüncü gəlir.

Nazirlik, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracının son on ildə 2,6 dəfə artdığını və 2023-cü ilin sonuna qədər 43,5 milyard dollara çatdığını vurğulayıb. 2013-cü ildə bu rəqəm 17,1 milyard dollar səviyyəsində olub. Bu gün Rusiya 160-dan çox ölkəyə ərzaq məhsulları ixrac edir. Buğda, noxud, arpa, yağlı kətan və dondurulmuş balıq kimi məhsullarda dünya lideri olan Rusiyanın ixracatında günəbaxan yağı və bir çox digər məhsullar mühüm yer tutur.

2024-cü ilin birinci yarısında kənd təsərrüfatı məhsullarının ixracı 20,4 milyard dollar olub və bunun 90 faizi dost ölkələrə edilib. Nazirlikdən bildirilib ki, ixrac coğrafiyası 160 ölkəyə genişlənib və aparıcı idxalçı ölkələrin reytinqi dəyişməyib.

Chosen
211
22
hafta.az

10Sources