Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi- San Marino təmsilçisi Maylz Nazem Amin finala vəsiqə qazana bilməyib.
Onun həlledici mərhələyə gedən yolda İran güləşçisinə uduzması Osmanın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***20:38
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Özbəkistan təmsilçisi Qulomjon Abdullayev finala vəsiqə qazana bilməyib.
Abdullayevin finala gedən yolda ABŞ güləşçisinə uduzması Əliabbasın təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***15:29
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Far.Az report-a istinadən xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində San Marino təmsilçisi Maylz Nazem Amin ilə üz-üzə gəlib.
Nurmaqomedov rəqibinə məğlub olub - 14:16. Amin finala yüksəlsə, təmsilçimiz sabah təsəlliverici qarşılaşmaya qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
*** 14:29
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Far.Az report-a istinadən xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Nurmaqomedov (11:2) 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Far.Az