EN

Azərbaycanda 7 ayda 17 milyon ton neft hasil edilib

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda təxminən 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

İqtisadiyyat.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının, 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının, 0,3 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 12,2 milyon tonu konsorsiumun, 1,9 milyon tonu isə SOCAR-ın payına düşür.

7 ay ərzində ölkədə neftin emalı 3,7 milyon ton təşkil edib.

2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.

Chosen
151
46
iqtisadiyyat.az

10Sources