EN

Paris-2024: Alfonso Dominqesə gümüş medal təqdim edilib

92 kq çəki dərəcəsində yarışan təmsilçimiz finalda özbəkistanlı Lazizbek Mullojonova 5:0 hesabı ilə məğlub olub.

Alfonso Dominqes Olimpiadada gümüş medal qazanıb

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarında son döyüşünü keçirib. 92 kq çəkidə mübarizə aparan dünya çempionumuz finalda Lazizbek Mullojonovla (Özbəkistan) üz-üzə gəlib.

Xatırladaq ki, Dominqes həmçinin Tokio-2020-nin bürünc mükafatçısıdır.

Beləliklə, Alfonso boks tariximizdə ikiqat Olimpiya mükafatçısı ola bilən yeganə təmsilçimizə çevrilib.

Chosen
32
cbcsport.az

1Sources