Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub. 48 idmançıdan 7-si medal qazanıb.
Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.
Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçedlidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da idmançımız üçüncü bürünc medalı Azərbaycana qazandırıb.
Ümumilikdə 7 medal qazanan idmançıların siyahısı:
Cüdo: Hidayət Heydərov (73 kq) - qızıl;
Zelim Kotsoyev (100 kq) - qızıl;
Boks: Alfonso Dominges (92 kq) - gümüş;
Taekvondo: Qaşım Maqomedov (58 kq) - gümüş;
Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) - bürünc;
Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) - bürünc;
Maqomedxan Maqomedov (97 kq) - bürünc.