EN

Premyer-liqada 20-ci qələbə

“Araz-Naxçıvan” ölkə çempionatlarında 20-ci qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu, Misli Premyer Liqasının II turuna təsadüf edib. Naxçıvan təmsilçisi evdə “Şamaxı”ya qalib gəlib – 1:0. Bu, 80-ci matçına çıxan komandanın 20-ci uğuru olub.

“Araz-Naxçıvan” evdə 15-ci qələbəsini əldə edib. Digər 5 qalibiyyət səfərdə gerçəkləşib. Qeyd edək ki, naxçıvanlılar ilk qələbəsini 2000-ci il avqustun 20-də Quba “Şahdağ”ı ilə səfər matçında əldə edib – 1:0.

Chosen
18
18
football-plus.az

10Sources