EN

"Osiyek" erməni futbolçunu Bakıya gətirməyəcək

Bakıya səfər öncəsi "Osiyek" heyətlə bağlı çətinliklərlə üzləlşib.

İdman.biz xəbər verir ki, bu barədə Xorvatiya mətbiatı məlumat yayıb.

Komamdanın müdafiə xəttində problem olduğu bildirilib. Xorvatiyadakı ilk qarşılaşmada meydana çıxmayan Renan Quedeş və Duerte Andrenin Bakıda da oynamayacağı vurğulanıb. "Osiyek"in baş məşqçisi Federiko Kopitelli ölkə çempionatının son turunun "Dinamo" ilə görüşündə zədələnən Pedro Limanın "Zirə"ya qarşı oynaya biləcəyini deyib: "Lima "Dinamo" ilə oyunda zərbə aldı və ağrı hiss etdi. Onun ciddi problemi yoxdur".

İtaliyalı mütəxəssis erməni futbolçu Stopya Mkrtçyanın Azərbaycana aparılmayacağını deyib. O, təhlükəsizlik səbəbləri üzündən riskə getmək niyyətindı olmadıqlarını deyib.

Qeyd edək ki, "Zirə" səfərdə "Osiyek"lə heç-heçə oynayıb.

İdman.biz

Chosen
13
1
idman.biz

2Sources