EN

Taekvondoçularımız Özbəkistanda 4 medal qazanıblar

Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən "Səmərqənd Open 2024" turnirində 4 medal qazanıblar. Sport24.az xəbər verir ki, 4 idmançı ilə təmsil olunan "Alpman" klubunun üzvlərindən Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) uşaqlar arasında keçirilən yarışda qızıl medala yiyələniblər.
 
Nigar Useynova (U-30) və Narin Həsənova (U-18) isə pumse üzrə yarışda gümüş medal əldə ediblər. "Səmərqənd Open 2024" turniri ötən gün başa çatıb. 

Chosen
44
14
sport24.az

10Sources